BAXA-BAX

Main | Registration | Login
Saturday, 18.05.2024, 15:14
Welcome Guest | RSS
Site menu
Tag Board
Main » 2008 » March » 7 » ABSHERON RAYONU HAQQINDA UMUMI MELUMAT
ABSHERON RAYONU HAQQINDA UMUMI MELUMAT
16:13
Abşeron Xəzər dəniziniin qərb sahilində yerləşir.
      Abşeron sözü fars dilində - ab (su) və şoran (duzlu) sözündən ibarət olmaqla «Şor su» deməkdir.
      Abşeron rayonunun inzibati ərazisi 1407,5 kv.metr, rəsmi qeydiyyatda olan əhalisi 1 aprel 2006-cı il tarixinə əsasən 102,5 min nəfərdir.
      Rayonun ərazisində Ermənistan Respublikasından etnik təmizləmə nəticəsində 3327 nəfər qaçqın, işğal olunmuş rayonlardan olan 16872 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
      Rayonun inzibati ərazi vahidinin yaranması 1963-cü ilə təsadüf edir. Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə yaranmışdır.
      Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV - XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur.
      Belə ki, Abşeron rayonunda

      Xırdalanda - Məşədi İmambaxış hamamı, 1904-cü ildə, Hacı Həsən ovdanı
      Novxanıda - XVII əsrdə Şah Sultan Hüseyn məscidi. Bir çox ziyalıları yetirmişdir.
      Masazırda - XV əsrdə «Xan bağı» türbəsi
      Məmmədlidə - «Yanar dağ» - XVIII əsrdə ovdan - ağ məscid
      Qobuda - 700 il əvvəl yaranmışdır, xalçaçılıq 
      Hökməlidə - XIX əsrdə Əlimurad hamamı və xalçaçılıq
      Fatmayıda - XVII əsrdə Hacı Heybət məscidi, XIX əsrdə Məhəmməd Həsən hamamı, XIX əsrdə Əlibatti məscidi
      Digahda - XVII əsrdə Cümə məscidi, tunc dövrünə aid Kurqan gölü mövcuddur.

      Bundan əlavə Xırdalan, Saray, Novxanı, Fatmayı, Masazır, Hökməli qəsəbə və kəndlərdə onlarca tarixi şəxsiyyətlər, ictimai-siyasi xadimlər yetişmişdir.
      Vəli Axundov, M.Ə.Rəsulzadə, Qara Qarayev, Mehdi Hüseynzadə, Mikayıl Ələkbərov, Əliağa Vahid kimi xadimlər, onlarca şair, dramaturq, aktyor, rəssam və s. sənət adamları yetirmişdir.
      Hal-hazırda Abşeron rayonunda qədim tarixi abidələrlə yanaşı müasir istirahət parkları, 2 muzey, 4 mədəniyyət evi, 20 səhiyyə müəssisəsi, Şəhər sağlamlıq mərkəzi əhaliyə xidmət göstərir.
      Təhsil sahəsində 1 ali məktəb, 2 texniki peşə litseyi, 1 kollec, 27 ümumtəhsil məktəbləri, 21 uşaq bağçaları, "uşaq gənclər"i idman məktəbi fəaliyyət göstərir.
      Sovetlər birliyi dövründə Abşeron rayonunda zavodlar və trestlər fəaliyyət göstərmişdir. Hazırda rayonda 148 ticarət və ictimai-iaşə xidməti, 22 sənaye istehsalı, yanacaqdoldurma, 27 aptek, 4 nəqliyyat və 21 kənd təsərrüfatı müəssisəsi mövcuddur.
      Rayon ərazisində 1 şəhər (Xırdalan) 8 qəsəbə (Ceyranbatan, Saray, Mehdiabad, Digah, Qobu, Güzdək, Hökməli, Aşağı Güzdək, Güzdək) 6 kənd (Masazır, Fatmayı, Məmmədli, Görədil, Pirəkəşkül və Novxanı) vardır.
      Xırdalan qəsəbəsi 30-40 illərdə Binəqədi, 50-ci illərin birinci yarısında Maştağa, 50-60-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir.
      Xırdalan 1936-cı ildə şəhər tipli qəsəbə olmuş və Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2006-cı il tarixli 149- III Q saylı Qanunun əsasında Xırdalana şəhər statusu verilmişdir.
IMZA(FAIQ ALEMDAR)
Views: 6053 | Added by: absheron | Rating: 4.5/2 |
Total comments: 3
3 rəhimə  
0
sizdə heç vaxt geniş məlumar olmur? Hansı sayta girirsən eyni məlumatlardır. Beə olmaz axı...

2 VUQAR  
0
wikipedianin cani sag olsun

1 namiq  
0
kgjggugg

Name *:
Email *:
Code *:
Login form
Calendar
«  March 2008  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Search
Site friends

Copyright MyCorp © 2024 | Free web hostinguCoz